Sol menyudan "Rəqiblər" bölməsinə daxil olun. Burada görəcəksiniz:
Ümumi Rəqib - Cəmi rəqib sayı
Filtr Statusu - Filtrin aktiv/deaktiv olduğu
Biz Ucuzuq - Neçə məhsulda rəqibdən ucuz olduğunuz
Biz Bahadayıq - Neçə məhsulda rəqibdən baha olduğunuz
Minimum Limit (Alt Limit) - Məhsulun satıla biləcəyi ən aşağı qiymət. Sistem bu qiymətdən aşağı düşməyəcək.
Maksimum Limit (Üst Limit) - Məhsulun satıla biləcəyi ən yüksək qiymət. Sistem bu qiymətdən yuxarı çıxmayacaq.
Nümunə:
Min limit: 80 ₼
Max limit: 120 ₼
Rəqib qiyməti: 70 ₼
Bu halda sistem qiyməti 80 ₼-ə (min limit) təyin edəcək, 70 ₼-dən aşağı düşməyəcək.
Qiymət kilidlənməsi o zaman baş verir ki, sistem rəqibdən ucuz olmaq istəyir, amma min limit buna mane olur.
Nümunə:
Sizin qiymət: 100 ₼
Min limit: 85 ₼
Rəqib: 80 ₼
Sistem 79.99 ₼ qoymaq istəyir, amma min limit 85 ₼ olduğu üçün qiymət 85 ₼-də qalır və "kilidlənmiş" olaraq işarələnir.
Avtomatik qiymət tənzimləmə Ayarlar səhifəsindən aktivləşdirilir.
İş prinsipi:
Sistem rəqibin qiymətini yoxlayır
Əgər rəqib sizdən ucuzdursa, qiymətinizi rəqibdən 0.01 ₼ ucuz edir
Min/max limitlər nəzərə alınır
Qiymət dəyişikliyi Birmarket-ə göndərilir
Qeyd: Avtomatik tənzimləmə yalnız min limit təyin edilmiş məhsullara tətbiq olunur.
Sol menyudan "Birmarket" bölməsinə daxil olun və hesab məlumatlarınızı daxil edin.
Lazım olan məlumatlar:
E-poçt
Şifrə
Sistem avtomatik olaraq Birmarket API-yə qoşulacaq və məhsullarınızı sinxronizasiya edəcək.
Balans sistemi abunəlik planlarının ödənişi üçün istifadə olunur.
Balans artırmaq üçün:
Sol menyudan "Balans" bölməsinə daxil olun
Məbləği daxil edin
Ödəniş edin
Plan aldıqda balansınızdan məbləğ avtomatik çıxılır.
Rəqib qiymətləri planınıza uyğun olaraq müəyyən aralıqlarla yoxlanılır. Dəqiq aralıq planınızın xüsusiyyətlərindən asılıdır.
Bu bir neçə səbəbdən ola bilər:
Məhsul hələ yoxlanılmayıb
Birmarket-də bu məhsulu satan başqa mağaza yoxdur
API xətası baş verib (sistem avtomatik yenidən yoxlayacaq)
Toplu Yükləmə bölməsi bir və ya bir neçə məhsulun şəkillərini birdən yükləyib, AI köməyi ilə başlıq, kateqoriya, brend, qiymət və xüsusiyyətlərini avtomatik müəyyən etməyə və Birmarket-ə göndərməyə imkan verir. Cihazınızdan şəkil seçin və ya kamera ilə bilavasitə çəkin, sonra AI ilə emal edin.
Səhifənin yuxarı hissəsindəki formadan "Şəkillər" sahəsinə bir neçə şəkil birdən seçib yükləyə bilərsiniz (maks. 50 şəkil, hər biri 10 MB-a qədər, JPG/PNG/WEBP formatında). İstəsəniz başlıq və qiymət də əvvəlcədən doldura bilərsiniz — bütün yüklənən şəkillərə eyni məlumat tətbiq olunacaq.
Bəli. "Şəkil çək" düyməsinə basdıqda cihazınızın kamerası açılır. Bir neçə şəkil ardıcıl çəkib hamısını birdən yükləmək olar. Kamera şəkilləri 1000×1000 piksel ölçüsündə mərkəzdən kəsərək saxlayır. Ön/arxa kamera arasında keçid də mümkündür. Papka içindəyikən çəkilən şəkillər birbaşa həmin məhsula (papkaya) əlavə olunur.
"Şəkili düzəlt" əməliyyatı şəkilin arxa fonunu silərək ağ studio fonu ilə əvəzləyir. Bu, Birmarket-in tələb etdiyi ağ fonlu məhsul şəklini avtomatik yaradır. Hər AI redaktəsi təxminən 1500–2000 AI token istifadə edir. Öz xüsusi promptunuzu yazaraq "Yeni promptla AI düzəlt" seçiminə də baxa bilərsiniz.
"AI ilə ad təyin et" düyməsi şəkilə baxaraq məhsulun adını Azərbaycan dilində avtomatik yazır (~200–500 token). Artıq başlığı olan məhsullar üçün "Mövcud başlığın üstündən yaz" seçimini işarələməsəniz, onlar ötürüləcək.
Bu funksiya şəkilə baxaraq məhsulun rəngini və/və ya ölçüsünü müəyyən edib mövcud başlığın sonuna əlavə edir. Məsələn başlıq "Qaynaq dəsti" idisə, AI "Qaynaq dəsti, Qırmızı, L ölçü" kimi yeniləyə bilər. Hər emal ~100–200 token istifadə edir.
"AI ilə tam analiz" Birmarket üçün lazım olan kateqoriya, brend və xüsusiyyət dəyərlərini (field-lər) şəkilə baxaraq avtomatik müəyyən edir (~15.000–25.000 token). Analiz tamamlandıqdan sonra məhsul "Analiz edildi" statusuna keçir və Birmarket-ə göndərməyə hazır olur.
"AI ilə qiymət təyin et" Birmarket bazarındakı median qiyməti hesablayır, şəkili analiz edir və uyğun köhnə/endirim qiymət cütü təklif edir (~500–800 token). Kateqoriyası müəyyən edilmiş məhsullar üçün işləyir. "Mövcud qiymətlərin üstündən yaz" seçilmədikdə yalnız qiyməti boş məhsullar üçün çağırılır.
Əvvəlcə "AI ilə tam analiz" ilə kateqoriya müəyyən edilməlidir. Sonra "Birmarket-ə göndər" düyməsi ilə məhsul Birmarket-də yaradılır, şəkil, qiymət və stok əlavə olunur. "AI analiz + Göndər" seçimi isə analiz bitdikdən sonra avtomatik göndərir — iki addımı birləşdirir.
Bir məhsulun fərqli bucaqlardan (ön, arxa, sol, sağ, detallar və s.) şəkillərini AI vasitəsilə avtomatik yaratmaq imkanıdır. Hər bucaq üçün ayrıca AI çağırışı edilir. Nəticədə yaradılan şəkillər avtomatik bir papkaya (qrupa) yerləşdirilir.
Bir məhsulun bir neçə görünüş şəkli varsa, onları "Bir məhsula qrupla" ilə papkaya yığmaq olar. Papkanın "əsas" şəkli məhsulun adını, qiymətini, kateqoriyasını saxlayır. Birmarket-ə göndəriləndə bütün şəkillər həmin bir məhsulun altına əlavə edilir.
Papkanın içinə daxil olduqda cədvəlin üstündə "Başlıq/Qiymət" (mavi) və "Kateqoriya/Brend/Fields" (sarı) düymələri görünür. Bu düymələr yalnız əsas şəkilin məlumatlarını yeniləyir — hər şəkil üçün ayrıca doldurulmasına ehtiyac yoxdur. Papka içindəyikən başlıq/qiymət/kateqoriya sütunları cədvəldən gizlənir.
Cədvəldəki "Dəyişiklik" sütununda hər məhsulun neçə dəfə dəyişdirildiyini görərsünüz. Üzərinə klikləndikdə hər dəyişikliyin nə vaxt, kim tərəfindən (manual, AI ad, AI qiymət, AI rəng/ölçü) edildiyi və əvvəl/sonra fərqləri göstərilir. İstənilən köhnə versiyaya qayıtmaq mümkündür.
Bir neçə məhsulu seçərək aşağıdakı əməliyyatları birdən tətbiq edə bilərsiniz: standart ad təyin et, N addım geri qaytarmaq, AI ilə şəkil düzəlt, AI ilə ad təyin et, rəng/ölçü əlavə et, AI ilə tam analiz, fields detect et, qiymət təyin et, Birmarket-ə göndər, AI analiz+göndər, çoxlu görünüş yarat, qruplama/qrupu poz, sil.
Cədvəldən bir neçə məhsul seçib "Toplu hərəkətlər → Standart ad təyin et" düyməsinə basın. Açılan formada başlığı daxil edin — bütün seçilmiş məhsullara eyni anda həmin ad veriləcək. Dəyişiklik hər məhsulun tarixçəsinə düşür, geri qaytarmaq mümkündür.
Cədvəldən bir neçə məhsul seçib "Toplu hərəkətlər → Seçilənləri N addım geri qaytarmaq" seçin. 1–10 arası addım sayı seçilir. Hər seçilmiş məhsul öz tarixçəsindəki N-ci köhnə versiyaya qaytarılır. Tarixçəsi kifayət qədər olmayan məhsullar ötürüləcək.
Bəli. "Şəkili kəs / düzəlt" əməliyyatı şəkil üzərindəki qələm ikonuna basaraq kəsmə, fırlatma və əsas düzəliş etməyə imkan verir. Nəticə redaktə edilmiş şəkil kimi saxlanılır, orijinal şəkil qalmaqda davam edir.
"Birmarket məlumatlarını düzəlt" əməliyyatı ilə kateqoriya, brend, qiymət və bütün xüsusiyyət dəyərlərini (field-ləri) əl ilə dəyişmək olar. AI analizi düzgün olmadıqda manual korreksiya üçün nəzərdə tutulub. Kateqoriya dəyişdirildikcə həmin kateqoriyanın field-ləri avtomatik yüklənir.
AI əməliyyatları (şəkil düzəltmə, ad təyin etmə, analiz, qiymət, rəng/ölçü) AI Token balansınızdan çıxılır. Təxmini xərclər: şəkil düzəltmə ~1500–2000, ad təyin etmə ~200–500, rəng/ölçü ~100–200, qiymət ~500–800, tam analiz ~15.000–25.000 token. Token balansı səhifənin yuxarısında göstərilir. "AI Token al" bölməsindən əlavə edə bilərsiniz.
Gözləyir: yeni yüklənib. Redaktə edir: AI şəkili emal edir. Redaktə olundu: şəkil düzəldilib. Analiz edir: AI kateqoriya/brend/field-ləri müəyyən edir. Analiz edildi: Birmarket-ə göndərməyə hazır. Yayılır: göndərilir. Yayıldı: Birmarket-də yaradılıb. Xəta: problem baş verib, xəta mesajı tooltip-də göstərilir.
Rəqiblərdən geri qalmayın
İndi qoşulun və qiymət idarəetməsini avtomatlaşdırın. Pulsuz sınaq mövcuddur.